Türkiyənin "Fənərbaxça" klubunun eks-prezidenti Aziz Yıldırım məşhur teleaparıcı və iş adamı Acun Ilıcalını təhqir edib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Aziz Yıldırım Acun Ilıcalı haqda "gerizəkalı" ifadəsini işlədib.
Yenidən Prezidentliyə namizədliyini irəli sürən Aziz Yıldırım rəqibi Ali Koçu dəstəkləyən Acun haqda deyib:
"Acun Ilıcalı qaşınır, ona deyin qaşınmasın. Çıxıb bir efirdə mənim haqda danışır. Deyir ki, Mourinyo ilə Londonda görüşmüşəm. Yalan deyir, mən Joze ilə Romada görüşmüşdüm. "Gerizəkalı Acun".
Acun Ilıcalı ilə bağlı sözlərinə davam edən Yıldırım daha sonra deyib: "2016-2017 mövsümündə basketbol komandamız "Beşiktaş"ı məğlub edərək çempion olmuşdu. O çempionluq gecəsində Acun da iştirak edirdi. İki Dominikanlı var idi. Dedilər ki, Acun insanlara Dominikan pasportu və iqamət verir. Bu adam FETÖ-çulara xarici pasport verir. Acunla danışdım dedim belə şeylər etmə. "Mən bunu etmirəm, yalandır" dedi, amma sonradan bildik ki, edir. Həm də Acunun şəxsi təyyarələri ilə bağlı araşdırma aparsınlar, o təyyarələrin hara getdiyi ilə maraqlansınlar. Adnan Oktarın yanına cəmi 1 il getdiyini deyir, əslində 9 il gedib. Onun haqqında 3500 səhifə tərif yazıb".