Oktyabrın 5-də "Regional İnkişaf” İctimai Birliyi və Neftçala rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə "AZLİNG 2024 - Azərbaycan dili və müasir dilçilik: problemlər, perspektivlər və çağırışlar” mövzusunda ənənəvi beynəlxalq elmi konfrans keçiriləcək. 2021-ci ildən neftçalalı dilçi alimlərin təşəbbüsü ilə təşkil olunan konfransda iştirak etmək istəyənlər abstraktlarını 15 sentyabr 2024-cü il tarixinədək [email protected] e-mail ünvanına göndərə bilərlər.
Mövzular:
Ekolinqvistika və Azərbaycan dili;
Beynəlxalq konfranslarda dil xidmətləri: tərcümə, qeyri-verbal ünsiyyət;
Təcili dil xidmətlərində normalar (Azərbaycan dili və xarici dillərdə);
Türkoloji dilçilikdə qədim dillərin tədqiqi;
Azərbaycan dilinin tədrisində kritik düşüncə meylləri;
Süni intellekt vasitəsilə dilin tədqiqi;
Dialekt və şivələrin tədqiqat metodları;
Tipoloji dilçilik kontekstində Azərbaycan dilinin tədqiqi;
Dil siyasəti və dil planlaşdırılması;
Sintaktik kartoqrafiya və Azərbaycan dili;
Azərbaycan dilinin praktik tətbiqi sahələri.
Konfransın təqvimi:
Abstraktların son qəbul tarixi: 15 sentyabr 2024-cü il
Dəvətnamə vasitəsilə abstraktların təsdiqi: 20 sentyabr 2024-cü il
Konfransın keçirilmə tarixi: 5 oktyabr 2024-cü il
Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis və rus dilləri
Abstraktlar 250-300 söz həcmində, "Times New Roman” şrifti ilə, 12 ölçüdə, sətirlərarası interval 1, səhifəkənarı ölçülər 2 sm olmaqla tərtib edilməlidir.
Abstraktla birlikdə iştirakçı formasını doldurub göndərməyiniz xahiş olunur.
Ünvan: Neftçala rayon Heydər Əliyev Mərkəzi
Əlaqə vasitəsi: (+99451) 546 30 01; (+99450) 430 04 89
Qeyd: Yalnız konfransda məruzə edən iştirakçıların məqalələri müəyyən olunmuş elmi yazı qaydalarına və üslubuna tam riayət etmək şərti ilə linqvistik topluya daxil ediləcək.