“Azneft” meydanında yaşayış binası yanır: Sakinlər təxliyyə olunur – VİDEO

“Azneft” meydanında yaşayış binası yanır: Sakinlər təxliyyə olunur – VİDEO
SOSİAL
10:23 20.01.2018
6226

Bakıda yaşayış binasında yanğın başlayıb.

Hadisə Səbail rayonunda, "Azneft” meydanı yaxınlığında dördmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

Sosial şəbəkə istifadəçilərinin yaydığı məlumata əsasən, binanın sakinləri təxliyyə olunur.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Alovun qarşısının alınması üçün tədbirlər görülür.

///Oxu.Az
 

OXŞAR XƏBƏRLƏR