"Azovstal" mühasirədədir, ciddi itkilər gözlənilir

"Azovstal" mühasirədədir, ciddi itkilər gözlənilir
DÜNYA
23:16 15.05.2022
526
"Azovstal" mühasirədədir, ciddi itkilər gözlənilirMariupola çatmaq və "Azovstal"dakı vəziyyəti hərbi yolla həll etmək çox çətindir və bu, böyük insan itkilərinə səbəb olacaq, çünki düşmən qüvvələrinin mühasirə xətti 100 km-ə qədər çatır.

Bu barədə Ukrayna Milli Qvardiyasının sözçüsü Ruslan Muzıçuk deyib.

"Mariupolda vəziyyət çox ağır olaraq qalır, "Azovstal"ın atəşə tutulması və bombalanması davam edir. Artıq üçüncü aydır ki, Mariupol qarnizonunun hərbi qulluqçuları, o cümlədən "Azov", Milli Qvardiya, Ukrayna Silahlı Qüvvələri, sərhədçilər qəhrəmancasına şəhəri müdafiə edir", - Muzıçuk vurğulayıb.

///Sonxeber.az
OXŞAR XƏBƏRLƏR