"Azpetrol"dan "Kapital Bank"a gedən yol: "Uğurlu Qadın" Günel Fərzəliyeva kimdir?

MÜSAHİBƏ
15:39 27.01.2020
29021
AZXEBER.COM-un "Uğurlu qadın" layihəsinin qonağı "Kapital Bank”ın Marketinq departamentinin direktoru Günel Fərzəliyevadır.
 

- Günel xanım özünüz haqda oxucularımıza məlumat verin 

- Günel Fərzəliyeva 15 noyabr 1983-cü ildə Bakıda anadan olmuşam. Bakı Dövlət Universitetinin "Jurnalistika” fakültəsində bakalavr və magistr təhsili almışam. 2017-ci ildə ADA Universitetinin Maastricht School of Business ilə birgə proqramı üzrə Executive MBA dərəcəsi üzrə təhsil almışam. Artıq 15 ildən çoxdur ki, işləyirəm. İş təcrübəmə ilk olaraq "Azpetrol” şirkətində başlamışam. Orada çox müsbət ab-hava varıydı və növbəti iş həyatımda mənim üçün yaxşı bünövrə oldu. 6 ilə yaxın "Embawood” şirkətində çalışmışam. Bunun 10 ili marketinq sahəsindədi. Artıq 6 ildir ki, "Kapital Bank”da çalışıram. 
 

 

- Layihəmizin adı uğurlu qadındır, özünüzü uğurlu qadın hesab edirsiniz? 

- Uğurun müxtəlif göstəriciləri var və bu göstəricilərə görə dəyişə bilir. Mənim üçün iş həyatı əhəmiyyətli olduğuna görə karyeramda hazırda olduğum mövqedən razıyam və deyə bilərəm ki , bəli bu istiqamətdə uğur qazanmışam. Ancaq prioritetlərə görə hər qadın uğurunu fərqli dəyərləndirir.

- Sizin üçün uğur nədir?

- Bildirdiyim kimi mənim üçün karyera çox vacibdir. Ona görə iş nəaliyyətlərim məni sevindirir. Təbii ki, bir yerdə dayanmaq olmaz,daim irəli getmək lazımdır. Ancaq karyerası olub, ailəsi olmayan qadınlardan deyiləm. Bu da ikinci ən böyük nəaliyyətdir ki,hər ikisinin balansını qoruyub saxlaya bilmişəm. İki gözəl qızım var və buna görə də çox şadam.

- İxtisasca jurnalistsiniz,bəs necə oldu marketing sahəsinə gəldiniz?

- Əslində,  jurnalistikada təhsil aldığım illərdə diplom işlərimi "pr və ictimaiyyətlə əlaqələr” mövzusunda yazmışdım. Bir neçə il dövlət müəsissələrində də işləmişəm. Universiteti bitirəndə  bilirdim ki, mən marketinq sahəsini istəyirəm . Elə oldu ki, vakansiya oldu və mən şöbə rəisi vəzifəsindən mütəxəssis vəzifəsinə keçdim və ixtisasımı marketinq sahəsinə dəyişə bildim.

- Təhsil aldığınız illərdə jurnalist kimi kimi özünüzə nümunə götürürdünüz?

- Həmin dövrdə mən düşünürdüm ki, əgər jurnalist kimi fəaliyyətimi davam etdirsəm mütləq xəbərlər proqramında çalışaram. Müxbir yox, ancaq xəbər aparıcısı kimi işləməyi düşünürdüm. Bir az qəribə də səslənsə, AZTV-nin diktorluq məktəbini çox bəyənirdim. Düşünürdüm ki, o sahədə fəaliyyət göstərərəm. Təhsil aldığım illərdə keçdiyim təcrübədən sonra anladım ki, televiziyada işləmək mənim xasiyyətimə uyğun deyil. Ona görə də işin reportyor yox, sifarişçi tərəfini seçdim (gülür).
 

 

- Marketing komanda işidir. Mükəmməl komandanı qurmaq üçün işçidə hansı üstünlükləri nəzərə alrsınız?

- Birinci növbədə pozitivlik nəzərə alınır. Marketinq sahəsini bunsuz təsəvvür etmək mümkün deyil. Komanda yığarkən mənim üçün əsas kriteriya işini sevməkdir. İşə iş kimi deyil, həvəslə gəlmək lazımdır. Lazım olarsa, şənbə-bazar da işə gəlməlidir(gülür). Və ən əsası işə münasibətdir, işə kimin üçünsə deyil, özüm üçün işləyirəm prizmasından baxmaqdır.
 

 

- İş ilə ailə arasında balansı saxlaya bilirsiniz? 

- Çox rahat şəkildə qoruya bilmirəm (gülür). Bu suala belə cavab verim, bəlkə də indi Kapital Bankda olmasaydım bu balansı qoruya bilərdim. Ancaq Kapital Bank çox böyük bankdır və biz kiçik miqyasla işləmirik deyə balans olmur. İş artıq həyat tərzidir. Mən bunu qəbul edirəm və bu mənim xoşuma gəlir (gülür). Əgər işə köklənirsənsə, banası qorumaq olmur. Ailəyə, evə zaman ayırmaq çox vacibdir və mən düşünürəm ki, bu istqamətdə ailəyə vaxt ayırmaq vacibdir. Mən də bunu bacarıram. 
 

 

- Sizcə bir qadını nə xoşbəxt edir?

- Hər qadını fərqli şeylər xoşbəxt edir. Mənim xoşbəxtliyim üçün çox az şey lazımdır. Ən xırda şeydən belə xoşbəxt olmağı bacaran insanam. Hansısa əldə olunmağı çətin olan bir şeylə xoşbəxt olmaq düzgün deyil. Gündəlik həyatda xoşbəxt olmağı bacarmaq lazımdır.

- Övladlarınızın kimin davamçısı olsun istərdiniz?

- Buna məncə özləri qərar versə daha düzgün olar. Çünki indiki gənclər bir az fərqli düşünürlər və  bizim nəsildən fərqlənirlər. Bunu aydın görmək olur. Indiki dövrdə gələcəyin ixtisaslarını təyin etmək çox çətindir. Məhz buna görə də onları əvvəldən hansısa sahəyə yönləndirmək istəmirəm.  Qanunvericiliyə görə insan günün 8 saatını işdə keçirir. Buna görə də insan enerjisini sevmədiyi işə sərf etməməlidir. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, insan gərək seçdiyi ixtisası sevsin. Övladlarımı da bu istiqamətdə yönləndirəcəm. 
 

 

- "Kapital Bank” ölkənin ən aparıcı banklarındandır, sizcə sizi başqalarından fərqləndirən əsas amil nədir? 

- Onu deyə bilərəm ki, bizi fərqləndirən əsas göstərici miqyasımızdır. Məhsullarımız müştərilər tərəfindən sevilir  və bizim hazırda iki məhsulumuz bazarda liderdi.
 
Bu Birkartdır – bazar  payının 65 faizini təşkil edir. Fərqləndirici xüsusiyyətlərdən biri də Kapital Bank müştəriləri dinləməyi bilir və onlardan nələrsə öyrənir. Daxil olan şikayətlər araşdırılır. İkinci məhsulumuz birbank mobil tətbiqimizdir. Rəsmi statistikaya görə 1 milyon smartfon istfadəçisi bu tətbiqetməni yükləyib. Buna əsasən deyə bilərəm ki, bazarda heç bir bank bu göstəricilərə nail ola bilməyib. 5-6 il əvvəl  Kapital bankı poçt xidməti göstərən və pensiya verən bank kimi tanıyırdı. Heç onluqda belə adımız çəkilmirdi. Ancaq 3 il olar ki, biz birinci bank olaraq tanınırıq. Bazar araşdırmasına əsasən 10 azərbaycanlının ilk ağlına gələn bank Kapital Bankdır. Bu da çox yaxşı göstəricidir.
 

 

 - Azərbaycanda insanların banklara inamsızlığı var, bunu sizə bildirəndə nə reaksiya verirsiz ?


- Bu normal reaksiyadır. Əhali iki devalivasiyanı ard-arda yaşadı. Və ümumilikdə, maliyyə sektoruna müəyyən bir neqativ yanaşma var.  Bazar araşdırmasına nəzər salsaq deyə bilərəm ki, ən çox etibar olunan bank Kapital Bankdır.

- Özünüzü 5 ildən sonra harda görürsünüz?

- Əslində bu sual haqda düşünmüşəm.Yəqin ki, Bank sektorundan fərqli bir sahədə özümü görmək istərdim Əgər bank sektoru olacaqsa, bu ancaq Kapital Bank olacaq. Çünki Kapital Bankdan başqa bank adama maraqsız gələcək. Əgər sektoru dəyişmək fikrinə gəlsəm, bu bank sektoru deyil, real sektor olacaq.
 

 

- Sizcə Azərbaycanda bir qadın bank sektorunda nə qədər irəliləyə bilər? 

- Məncə qadın təkcə bank sektorunda deyil bütün sahələrdə istənilən qədər irəliyə gedə bilər. Ancaq qadın öz qarşısına məqsəd qoyursa, heç kim ona bu işin ardınca getmə demir. Və xüsusilə də bank sektorunda. Burada qadın kişi ayırımı deyil, bilik, bacarığa əsasən seçim edilir və dəyərləndirilir. Əgər insan işini bilirsə kifayət qədər irəli gedə bilir.
 

 

- Bəs nəyə görə ölkəmizdə qadın bank sədri yoxdur?

- Bank Respublikanın əvvəlki sədri qadın idi. Ancaq mənə elə gəlir ki, bu qadınların öz seçimi də ola bilər. Əgər qadın özünü maliyyəçi görmək istəyirsə, maaliyəçi.  Müəllim kimi görmək istəyirsə, müəllim olmalıdır. Peşə seçimində bizi məhdudlaşdıran elə bizik, cəmiyyət deyil. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:18 23.09.2020

Sergey Lavrov: "Rusiya işğal olunmuş 5 rayonun geri qaytarılmasının tərəfdarıdır”

14:06 23.09.2020

Naqif Həmzəyev: Azərbaycan müstəqil mövqeyi olan dövlət olduğunun bir daha nümayiş etdirdi

13:41 23.09.2020

Ağstafada arı sancan kişi vəfat etdi

13:29 23.09.2020

İlham Əliyev və Mehriban Əliyeva Balaxanıda

13:26 23.09.2020

Müəllimlər ““AccessBank”a bir 5” deyəcək!

13:23 23.09.2020

Müdafiə Nazirliyindən deputatın açıqlamasına - REAKSİYA

13:15 23.09.2020

AMEA-nın saytının baş redaktoru işdən çıxdı

13:02 23.09.2020

Rusiyalı qadınların ən çox ərə getdiyi millətlər açıqlandı - Siyahıda Azərbaycan yoxdur

12:51 23.09.2020

Aleksandr Lukaşenko and içərək 6-cı dəfə prezident kimi fəaliyyətə başladı

12:40 23.09.2020

Müdafiə Nazirliyi təlimlərdən daha bir video yaydı - VİDEO

12:25 23.09.2020

Azad Rəhimov: "Operativ Qərargahla birlikdə böyük proqram hazırlayırıq"

12:22 23.09.2020

Təlimlərə çağırılan vətəndaşlar döyüşə hazır olduqlarını bəyan edirlər - VİDEO

12:07 23.09.2020

XİN-in idarə rəisi həbsdən buraxıldı

11:58 23.09.2020

10 əməkdaşı koronavirusa yoluxan məktəbdən görüntülər - VİDEO

11:55 23.09.2020

Azərbaycanın Rusiyadakı səfirliyi Dağıstanda saxlanılan vətəndaşlarımızla bağlı açıqlama yaydı

11:37 23.09.2020

Unibank biznes sahiblərinə daha bir onlayn məhsul təqdim edib

X Mostbet