‘Aztelekom’un sabiq direktorunun oğurlanan oğlu üçün 3 mln. dollar verdilər

SOSİAL
11:33 04.07.2016
4823

“Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədovun Ukraynada naməlum şəxslər tərəfindən girov götürülmüş oğlu Araz Məmmədov nəhayət azadlığa buraxılıb.

Bu barədə  Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporundan məlumat verilib. Məlumata görə, 3-4 aydır girovluqdda saxlanılan Şevçenko adına Kiyev Dövlət Universitetinin tələbəsi Araz Məmmədovu bu günlərdə azad ediblır.

Onun girovluqdan azad edilməsi müqabilində oğrulara 3 milyon dollar ödənildiyi vurğulanır.

Xatırladaq ki, “Aztelekom”» MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov ötən ilin noyabrında həbs olunub. M.Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.

Baş direktorla birlikdə “Aztelekom”un daha bir neçə vəzifəli şəxsi də saxlanılıb. (modern.az)

OXŞAR XƏBƏRLƏR