AzTV Azərbaycanda ən ağır koronavirus xəstələrinin görüntülərini yaydı - VİDEO

AzTV Azərbaycanda ən ağır koronavirus xəstələrinin görüntülərini yaydı - VİDEO
SOSİAL
13:26 02.05.2020
3227
AzTV-də növbəti dəfə Azərbaycanda koronavirusa yoluxmuş xəstələrin müalicə aldığı xəstəxanalardan birindən görüntülər paylaşılıb.

Bu dəfə lentə alınan şəxslər ölkədə ən ağır koronavirus xəstələridir.

TƏBİB-in müalicə işləri üzrə koordinatoru Fərrux Sədirov bildirib ki, xəstələrdən 5-i süni tənəffüs aparatına bağlıdır, vəziyyətləri kritikdir. Onun sözlərinə görə, şöbələrdə və intensiv terapiya blokunda yatanlarla bərabər vəziyyəti ağır olan 17 xəstə var.

Süjet AzTV-nin "Xəbərlər” informasiya proqramında efirə gedib.

Qeyd edək ki, AzTV-nin əməkdaşları bundan əvvəl də koronavirus xəstələrinin müalicə aldığı xəstəxanalardan reportajlar hazırlayıb.
 

OXŞAR XƏBƏRLƏR