AzTV-də 'Əkizlər' - TƏQDIMAT

AzTV-də
MEDIA
01:35 18.05.2012
2411
Bu gün AMEA-nın Rəyasət Heyətinin binasında Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin istehsal etdiyi "Əkizlər" sənədli filminin təqdimat mərasimi keçirilib. Azərbaycan Teleradio Verilişləri QSC-nin mətbuat xidmətindən Qafqazinfoya verilən məlumata görə, film vaxtilə AMEA-nın Genetik Ehtiyatlar və Zoologiya İnstitutlarının elmi işçiləri olmuş, ötən il 100 illik yubileyləri keçirilmiş Ziyad və Atlıxan Xanməmmədovların həyat və elmi fəaliyyətlərinə həsr olunub. Filmdə alim həmkarları – kənd təsərrüfatı elmləri doktoru Zeynal Əkbərov, biologiya elmləri doktoru Zəkəriyyə Məmmədov, professor Qara Mustafayev və başqaları Ziyad və Atlıxan Xanməmmədovların elmi nailiyyətlərindən söhbət açmış, onlar haqqında xatirələrini bölüşüblər. Çəkilişləri Bakı və Şamaxıda aparılan filmdə bədii təsvir üslubundan istifadə olunub. Zahid və Atlıxan Xanməmmədov qardaşlarının obrazını xalq artisti İlham Əsgərov, onların uşaqlıq dövrünü əkiz qardaşlar – Anar və Amin Əliyevlər canlandırıblar. "Əkizlər" filminə baxışdan sonra keçirilmiş müzakirələr zamanı AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimov, millət vəkilləri Hadı Rəcəbli, Nizami Cəfərov və başqaları çıxış edərək son illər ərzində AMEA ilə Azərbaycan Televiziyası arasında yaranmış əməkdaşlıq nəticəsində ərsəyə gələn və elm, mədəniyyət, incəsənət xadimlərinə həsr edilən sənədli filmlər silsiləsini müsbət qiymətləndirmişlər. Ziyad və Atlıxan Xanməmmədov ailəsi adından çıxış edən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Adilə Abbasova qeyd edib ki, vətənə, millətə və elmə təmənnasız xidmət göstərmiş atası və əmisi haqqında filmin çəkilməsi ideyası AzTV rəhbərliyinə məxsusdur. O, son illərdə yaranmış bu cür filmlər silsiləsini "dövlətin Azərbaycan Televiziyası vasitəsilə elm adamlarına göstərdiyi qayğı" adlandırıb və yaradıcı kollektivə minnətdarlığını bildirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib
08:16 17.10.2026
Tramp ABŞ-nin əvvəlki hərbi kampaniyalarını pisləyib