AzTV-də ilin yekunu ilə bağlı toplantı - 56 yeni veriliş, 32 film, 17 yeni studiya...

AzTV-də ilin yekunu ilə bağlı toplantı - 56 yeni veriliş, 32 film, 17 yeni studiya...
MEDIA
22:06 20.12.2019
5513
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) 2019-cu ilin yekunu ilə bağlı toplantı keçirilib.

BakuPost-un məlumatına görə, QSC sədri Rövşən Məmmədov toplantıda il ərzində görülən işlərlə bağlı məlumat verib.
Bu il QSC-də ümumilikdə 56 yeni verilişin açıldığını deyən R.Məmmədov yeni verilişlərin 32-nin AzTV, 12-nin Mədəniyyət TV, 12-nin isə İdman TV-də fəaliyyət göstərdiyini bildirib.
Hesabatda o da qeyd edilib ki, hər 3 kanal (AzTV, Mədəniyyət TV və İdman TV) rebrendinq olunub, bütün qrafiklər yenilənib. İl ərzində QSC-də, həmçinin 32 yeni film hazırlanıb ki, onlardan 11-i siyasi, 25-i Telefilmin məhsulu olan bədii filmdir. 9 film isə istehsaldadır.

Bundan başqa il ərzində 17 yeni studiya tikilib.

Xüsusən də, yayım sistemini rəqəmsallaşdırmaq və HD sistemə keçid üçün yeni server sistemi və server otaqları quraşdırılıb ki, görülən işlər nəticəsində gələn il AzTV-ni HD yayım sisteminə keçirmək mümkün olacaq.

16 HD kamerası və canlı bağlantıları təmin etmək üçün 2 ədəd Dejero markalı portativ strim avadanlığı alınıb. 69 ədəd mikrofon, 1 ədəd dron, 90 kompüter alınaraq istifadəyə verilib. Yaxın günlərdə isə 10 yeni avtomobil də alınaraq avtotəsərrüfata təhvil veriləcək.

2019-cu il yanvar ayından noyabr ayına qədər müddətdə minə yaxın əməkdaşın əməkhaqqı artırılıb, qonorar artımı isə 96 faiz təşkil edib.

Uzun fasilədən sonra bu il Teleradio Akademiyasının fəaliyyətində də irəliləyiş olduğu bildirilib. R.Məmmədov onu da qeyd edib ki, Teleradio Akademiyasına il ərzində 153 nəfər qəbul olunub ki, onlardan da 73-ü məzun adını qazanıb. Həmin məzunlardan 21-i müqavilə əsasında QSC-də işə qəbul olunub.

Daha sonra qarşıda duran məsələlərin həllinə toxunulub, yeni planlardan danışılıb. QSC-də 3 mərtəbədən ibarət pavilyon və qonaq otaqlarının tikilməsi, TV binasında və radioda təmir-bərpa işlərinin həyata keçirilməsi, əməkdaşların qonorarlarının artırılması qarşıda duran planlara daxildir.

Rövşən Məmmədov bildirib ki, görülən bütün işlərin və qarşıda duran strateji planların reallaşması ilk növbədə dövlətin Azərbaycan Televiziyasına xüsusi diqqət və qayğısından qaynaqlanır. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, il ərzində ayrılan vəsaitlər televiziyanın əməkdaşlarının maddi rifahının daha da yaxşılaşdırılması, həmçinin zəruri texniki avadanlıqların alınması, TV-nin fəaliyyətinin keyfiyyət və məzmunca yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından mühüm önəm kəsb edir. Məhz bu diqqət və qayğı "Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin öz işini daha peşəkar, məzmunlu və ən əsası, müasir prinsiplər üzərində qurmağa stimullaşdırır.

Sonda Azərbaycan Prezidenti tərəfindən təltif olunan bir qrup televiziya və radio əməkdaşlarının mükafatları təqdim edilib. Göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya QSC kollektivi adından minnətdarlıq bildirilib.

 

 

 

 

 



OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb