AzTV-dən İLK: Pakistan televiziyası ilə ortaq yayım olacaq - VİDEO

AzTV-dən İLK: Pakistan televiziyası ilə ortaq yayım olacaq - VİDEO
MEDIA
05:33 29.12.2021
298
AzTV Azərbaycan televiziya məkanında daha bir ilkə imza atacaq.

AZXEBER.COM Publika.az-a istinadən xəbər verir ki, televiziyanın Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bu gün AzTV Pakistan televiziyası ilə ortaq yayıma çıxacaq.

Söhbət Pakistanın nüfuzlu "BOL” Media Qrupundan gedir. Bu gün saat 21:30-da AzTV-nin "Əsas məsələ” tok-şousu "BOL” televiziya kanalı ilə ortaq yayımlanacaq.

Verilişdə Azərbaycan tərəfdən Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Qənirə Paşayeva, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev, Pakistan tərəfdən isə "BOL” Media Qrupunun prezidenti, tanınmış siyasi ekspert Syed Sabez Ali və "BOL”un baş redaktoru, politoloq Əmir Ziya müzakirələr aparacaqlar.

Pakistan və Azərbaycan tamaşaçıları üçün nəzərdə tutulmuş ortaq yayımda qardaş ölkələrin yüksək səviyyəli əməkdaşlığından, dünyaya nümunə olan dostluğundan, tarixi Bakı Bəyannaməsindən, Heydər Əliyev Fondunun Azərbaycan-Pakistan münasibətlərinə töhfəsindən söz açılacaq. Ortaq yayımın moderatoru aparıcı Elnar Məmmədli olacaq. Məlumat üçün bildirək ki, AzTV ilə Pakistanın sözügedən TV kanalı arasında bir müddətdir əlaqələr qurulub. "BOL” TV Vətən müharibəsi zamanı Azərbaycana ciddi informasiya dəstəyi verib. Bu gün də Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynayır.
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
01:48 18.10.2026
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir