AzTV məhkəmədə uduzdu

AzTV məhkəmədə uduzdu
MEDIA
17:22 13.04.2012
2926

Bakı Apellyasiya Məhkəməsi Az TV-nin informasiya sorğusu ilə istənilən bilgiləri verməməsini qanunazidd sayıb və onu bu bilgiləri verməyə məcbur edən qərar qəbul edib.

AZXEBER.COM-aa verilən məlumata görə, Azad Iqtisadiyyata Yardım İctimai Birliyi (AİYİB) AzTV-in 2009-cu il üzrə ümumi illik büdcəsinin məbləği, həmin ildə AzTV-də əmək haqqlarının ödənilməsinə ayrılan vəsaitin ümumi məbləği, AzTV rəhbərinin və departament rəhbərlərinin aylıq əmək haqları, televiziyanın büdcəsindən nəqliyyat vasitələrinin alınmasına, təmirinə, yanacaqla təchiz olunmasına ayrılan vəsaitin məbləği, televiziyanın binasının və ona aid tikililərin təmirinə ayrılan vəsaitin məbləği barədə bilgilərin təqdim olunmasını xahiş etmişdi. Az TV istənilən bilgiləri kommersiya sirri olması arqumenti ilə sorğuçuya verməkdən imtina etmişdi.

Media Hüququ İnstitutunun (MHİ) “Məhkəmə çəkişmələri yoluyla şəffaflığın dəstəklənməsi” layihəsi çərçivəsində sözügedən iş üzrə məhkəməyə müraciət olunub.

MHİ-nin hüquqçu və vəkilləri məhkəmədən Az TV-nin üzərinə sorğunu cavablamaq vəzifəsi qoyan qərar çıxarmağı xahiş ediblər. Səbail Məhkəməsi də Az TV-nin informasiya verməkdən imtinasına istənilən bilgilərin kommersiya sirri olması əsası ilə haqq qazandırıb. Rayon məhkəməsinin ardınca Bakı Apellyasiya Məhkəməsi Az TV-nin bu arqumentləri ilə razılaşıb, Az TV-nin sorğuya cavab verməməsinə haqq qazandırıblar. Nəhayət, Ali Məhkəmə məhkəmə qərarlarının əsaslandırılmış olmaması ilə razılaşaraq onları ləğv edib və işi yenidən baxılması üçün aşağı məhkəməyə qaytarıb.

İşə yenidən baxan Bakı Apellyasiya Məhkəməsi qeyri-hökumət təşkilatının bilgi almaq hüququnun pozulduğunu tanıyaraq Az TV-nin üzərinə istənilən bilgiləri vermək vəzifəsi qoydu. Məhkəmə göstərib ki, informasiya sorğusu ilə Az TV-dən istənilən bilgilər qanunla açıq sayılan bilgilər sırasına daxildir və Az TV həmin bilgiləri verməyə borcludur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
17:48 24.08.2026
Xaçmazda kişi qızının sevgilisini küçədə döydü
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
17:43 24.08.2026
Hikmət Hacıyev Ukraynanın III dərəcəli “Ləyaqət Ordeni” ilə təltif edilib
Donald Tramp: “İran tamamilə çökür”
17:38 24.08.2026
Donald Tramp: “İran tamamilə çökür”
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
17:30 24.08.2026
Leyla Əliyeva Buxara şəhərindən paylaşım edib - FOTO
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
17:24 24.08.2026
İtaliyalı jurnalist Azərbaycan - Özbəkistan əlaqələrindən yazdı
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
17:19 24.08.2026
Süni intellekt insanın yazı üslubunu dəyişir? - AI ilə yazılan mətnlərin dilə təsiri
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
17:16 24.08.2026
“Bizim vaxtımızda belə deyildi” - Ailələrdə nəsillərarası fikir ayrılığı niyə artır?
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
17:15 24.08.2026
Xarici pasport alan azərbaycanlılar hərbi xidmətə çağırıla bilər
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
17:09 24.08.2026
Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxaradakı "Poyi-Kalon" kompleksi ilə tanış olublar
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
17:03 24.08.2026
Bakının bu küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
“Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyəyə çatıb” - Deputat
16:53 24.08.2026
“Azərbaycan - Özbəkistan münasibətləri ən yüksək səviyyəyə çatıb” - Deputat
Metroda sıxlıq niyə azalıb? – Səbəb açıqlandı
16:46 24.08.2026
Metroda sıxlıq niyə azalıb? – Səbəb açıqlandı
İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb
16:43 24.08.2026
İlham Əliyevin sosial media hesablarında Buxarada İsmayıl Samani türbəsi ilə tanışlıqla bağlı video paylaşılıb
Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
16:40 24.08.2026
Daxili işlər naziri Sumqayıtda vətəndaş qəbulu və sıra baxışı keçirəcək
44 milyard dollarlıq sərvət sahibi öldü
16:30 24.08.2026
44 milyard dollarlıq sərvət sahibi öldü
Əhvalımıza uyğun geyinirik, yoxsa geyimimiz əhvalımızı dəyişir?
16:25 24.08.2026
Əhvalımıza uyğun geyinirik, yoxsa geyimimiz əhvalımızı dəyişir?