AzTV-nin gənc aparıcısı sədr müavini təyin olundu

AzTV-nin gənc aparıcısı sədr müavini təyin olundu
SOSİAL
20:26 24.02.2020
5174

"Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətində kadr dəyişikliyi olub.

Elsevər Dünyamalıyev vəzifəsindən azad edilib, onun yerinə isə Rüfət Həmzəyev təyin olunub.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mübariz Aslanov "Report"a məlumatı təsdiqləyib.

Qeyd edək ki, R.Həmzəyev AzTV-də "Əsas məsələ" tok-şousunun aparıcısıdır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin  2019-cu il yanvarın 15-də imzaladığı sərəncamla tanınmış jurnalist Rövşən Məmmədov "Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin rəhbərliyinə gətirilib. R.Məmmədov vəzifəsinin icrasına başladıqdan sonra QSC-də köklü islahatlara start verilib, maliyyə sistemi şəffaflaşdırılıb, kadr islahatı həyata keçirilib, televizyanın efir proqramlarında yeniliklər edilib, yeni studiyalar istifadəyə verilib, yaradıcı şəxslər işə cəlb olunub, canlı verilişlərin, tok-şouların sayı artırılıb.

OXŞAR XƏBƏRLƏR