'AZTV'-nin saytına növbəti dəfə hücum edildi - FOTO

MEDİA
17:53 18.03.2012
2536

Martın 18-də Azərbaycan Dövlət Televisiyasının rəsmi saytı "www.aztv.az" portalına növbəti dəfə haker hücumu edilib.

AZXEBER.COM portalının məlumatına görə, portala hücum zamanı bu sözlər yazılııb: "Hərənin 1 zibili var onsuz, Görən bilir, bilən susur. CAMAL ALI susmur bilsə belə ki, sabahına qan qusur. Jamal Ali Susmadı Səndə susma!"

AZXEBER.COM-un əldə etdiyi ən son məlumata görə,  Azərbaycan Dövlət Televisiyasının rəsmi saytı artıq öz fəaliyyətini bərpa edib. 

Qeyd edək ki, bu hadisə son bir ay ərzində  AZTV-nin saytına edilmiş 2-ci hücumdur.

OXŞAR XƏBƏRLƏR