AZTV rəhbərinin avtomobili cərimə meydançasına aparıldı - 7200 manat cəriməsi var

AZTV rəhbərinin avtomobili cərimə meydançasına aparıldı - 7200 manat cəriməsi var
SOSİAL
10:48 27.09.2017
3038
"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri Arif Alışanovun avtomobili cərimə meydançasına aparılıb.
"Report”un məlumatına görə, buna səbəb avtomobilin ödənilməmiş cərimələrinin olmasıdır.
Belə ki, A.Alışanova məxsus 99-AA-400 dövlət qeydiyyat nişanlı Toyota Land Cruiser markalı avtomobil barəsində elektron qaydada tərtib olunmuş protokollar üzrə 7 200 manatlıq ödənilməyən cərimə olduğu üçün yol polisi əməkdaşları tərəfindən saxlanılaraq cərimə meydançasına aparılıb.
Məlumata görə, avtomobil cərimə meydançasından çıxarılıb və hazırda avtomobil A.Alışanovdadır.
 
12.12
 
 
AZXEBER.COM xəbər verir ki, AzTV-nin Mətbuat Xidmətinin rəhbəri Xatirə Qasımova "Qafqazinfo”ya sədrin maşının cərimə meydançasına aparılması ilə bağlı açıqlama verib. 
O qeyd edib ki, AzTV sədrinin maşını cərimə meydançasına aparılmayıb: "Bu növbəti dezinformasiyadır”.
OXŞAR XƏBƏRLƏR