"AzTV Yeni Kaledoniya ilə bağlı süjet hazırlasın" - Fərhad Məmmədov

"AzTV Yeni Kaledoniya ilə bağlı süjet hazırlasın" - Fərhad Məmmədov
SİYASƏT
10:17 08.12.2022
379
"Araik Arturyan Fransa hökumətinə məxsus olan "France24" telekanalına müsahibə verib".

AZXEBER.COM xəbər verir ki, bu haqda politoloq Fərhad Məmmədov məlumat verib. 

O, Araikin bu müsahibəsini Fransanın Azərbaycana qarşı növbəti təxribatı adlandırıb: 

"Qondarma Dağlıq Qarabağ respublikasının prezidenti Araikin "France24" telekanalına verdiyi  bu müsahibə Ermənistana dəstək deyil, Fransanın dövlət səviyyəsində anti-Azərbaycan təxribatıdır.

Fərhad Məmmədov təklif edib ki, AzTV də Fransa əleyhinə süjet hazırlasın: 

"Azərbaycan hökuməti hər zaman  Fransaya qarşı adekvat mövqe seçib. Yəni, biz onların davranışlarına uyğun reaksiya veririk. Düşünürəm ki, AzTV də tezliklə Yeni Kaledoniya və Korsikadan süjet hazırlayacaq, onların tərəfdarları Bakıya dəvət olunacaq. Noumea şəhəri ilə Yevlax şəhərlərini qardaşlaşmış şəhərlər elan etmək də mümkündür.

Biz isə vətəndaşıq, hər dəfə Fransa səfirliyinin yanından keçəndə istənilən əlimizin orta barmağını göstərə bilirik. Fransa səfirliyinin avtomobillərinin nömrələri 002-dir, svetoforda da barmaq göstərə bilərsiniz".
 
Günel
 

 


OXŞAR XƏBƏRLƏR