Bakıda "Azure” biznes mərkəzində ölüm hadisəsi baş verib.
AZXEBER.COM xəbər verir ki, "Report”un hadisə yerində olan əməkdaşının məlumatına görə, binanın 15-ci mərtəbəsində yerləşən ofislərin birindən 1999-cu il təvəllüdlü Elvin Məmmədov adlı şəxsin yıxıldığı ehtimal edilir.
Hadisənin intihar və ya ehtiyatsızlıqdan baş verdiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aprılır.