Azxəbər-in Türk dünyası ilə bağlı layihəsi Özbəkistanda trend oldu, 3 günə 8 milyon izlənmə - VİDEO

Azxəbər-in Türk dünyası ilə bağlı layihəsi Özbəkistanda trend oldu, 3 günə 8 milyon izlənmə - VİDEO
SOSİAL
16:35 18.06.2026
324
"Çox böyük qürur hissiylə qeyd edim ki, "Azxəbər Media” olaraq Türk dünyasına dəstək məqsədilə hazırladığımız "Sizinlədir Azərbaycan” layihəsi dost və qardaş Özbəkistanda son gün ərzində ən çox izlənilən və paylaşılan video olub”.

Bu sözləri müğənni Aynur Yusidəfovanın ifa etdiyi "Sizinlədir Azərbaycan” adlı layihənin rəhbəri, Azxeber.com saytının baş redaktoru Hacıbəy Heydərli deyib. 

O qeyd edib ki, videoya 3 gün ərzində 8 milyona yaxın baxış olub:

"Cənab Prezident İlham Əliyevin "Bizim ailəmizdir, Türk dünyasıdır və başqa ailəmiz yoxdur” cümləsindən yola çıxaraq ərsəyə gətirdiyimiz klipi Özbəkistan Prezident Administrasiyasının KİV-lərə Dəstək Mərkəzi və bir çox televiziya kanalı, yüzlərlə sosial media hesabı paylaşıb.

3 gün ərzində videoya təkcə sosial şəbəkələrdə 8 milyona yaxın baxış olub”.

Hacıbəy Heydərli deyib ki, bu klip hazırda Özbəkistanın bir neçə televiziya kanalında yayımlanır: 

"Bu layihə Özbəkistan Kontent Mərkəzinin yığma komandalarına dəstək məqsədilə hazırladıqları layihədən təsirlənərək həyata keçirilib.  

Hazırda Özbəkistanın Dövlət Yoşlar televiziyasının efirində və bir neçə başqa telekandal gün ərzində yayımlanır.
 
 
OXŞAR XƏBƏRLƏR