Azxeber.com 15 yaşını qeyd edir

Azxeber.com 15 yaşını qeyd edir
MANŞET
00:12 13.04.2025
514
Bu gün Azxeber.com informasiya portalının 15 yaşı tamam olur.

2010-cu il aprel ayının 13-də gənc jurnalistlər Hacıbəy Heydərli və Əfsələddin Ağalarovun təşəbbüsü ilə yaradılan portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən yüzə yaxın xəbər, müsahibə, reportaj, köşə yazıları yayımlanır.

Saytın xəbərlərinə mütəmadi olaraq ölkənin mətbu orqanları tərəfindən istinad olunur.

Daim tərəfsizlik və dövlətçilik prinsiplərindən çıxış edən Azxeber.com intellektual gəncliyin izlədiyi azsaylı informasiya portallarından biri kimi tanınır. Azxeber.com, eyni zamanda, sosial şəbəkələrdə ən çox izlənilən xəbər portallarındandır.
 
Saytın "İnstagram”da 800 min, "Tiktok”da 470 min, "Youtube”də 50 min, "facebook”da 50 min, "Threads”də 40 min, "Telegram”da isə 30 minə yaxın izləyicisi var. 
OXŞAR XƏBƏRLƏR