Bu gün AZXEBER.COM informasiya portalının redaksiyasında Media İnkişafı Agentliyinin (MEDİA) tövsiyyələrinə uyğun olaraq "Redaksiya siyasəti və peşə etikası qaydaları” mövzusunda müzakirələr aparılıb.
Müzakirələrdə AZXEBER.COM saytının təsisçiləri Əfsələddin Ağalarov və Hacıbəy Heydərli çıxış edərək kollektivin diqqətinə çatdırıb ki, Azərbaycan Respublikasının Medianın inkişafı Agentliyi, Azərbaycan Respublikası Audiovizual Şurası, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin mütəxəssisləri, jurnalist təşkilatları və digər ekspertlərin prosesə cəlb edilməsi ilə media subyektləri üçün "Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsi (şablonu) hazırlayıb təqdim ediblər. Müzakirə edilən sənədin Redaksiya heyəti tərəfindən müzakirə edilərək təsdiq edilməsi müsbət haldır və ümumi işin inkişafına xidmət edir.
Qeyd edilib ki, dünyanın aparıcı media qurumları redaksiya siyasətini müəyyənləşdirən, etik norma, davranış/rəftar qaydalarını özündə ehtiva edən kodekslərə malikdir. Bu kodekslər media qurumunun missiyasını, ictimai məqsədlərini, fəaliyyətində söykəndiyi və rəhbər tutduğu dəyərləri, standartları, prinsipləri ictimaiyyət üçün aydınlaşdırır.
"Redaksiya siyasəti və peşə etikası qaydaları” nümunəsində ümumi prinsiplər, xəbər və şərh, xəbər mənbələri ilə iş, təkzib və düzəlişin necə verilməsi yer alıb.
Sonra əməkdaşlar "Qaydalar"la bağlı öz fikirlərini bölüşüblər. Səsələndirilən təkliflər nəzərə alınıb.
Kollektivin iştirakı ilə qərara alınıb ki, sənəd yaxın günlərdə AZXEBER.COM saytında xüsusi bölmədə yerləşdirilsin.