Xəbər verdiyimiz kimi, bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi 2 Fevral "Gənclər günü" ilə əlaqədar tədbir keçirib.
AZXEBER.COM-un məlumatına görə, tədbirdə baş nazirin müavini, YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov, vitse-spiker Bahar Muradova, YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP GB-nin sədri Seymur Orucov, millət vəkilləri, media kapitanları və təşkilatın fəal üzvləri iştirak edib.
Tədbirin sonunda bir qrup jurnalistlərə və ötən il təşkilatın fəaliyyətində aktivlik göstərən gənclərə mükafatlar təqdim edilib.
AZXEBER.COM xəbər portalının baş redaktoru Hacıbəy Heydərli, Editor.Az saytının baş redaktoru Fərid Şahbazlı da mükafata layiq görülüb.