Azyaşlını zorlayıb öldürdülər, sonra basdırıb üstünə daş tökdülər - FOTO

DÜNYA
18:59 10.01.2020
6898

Türkiyənin Qars şəhərində azyaşlını zorlayaraq öldürən şəxslərin məhkəməsi olub.

Kağızman rayonu Paslı kəndində doqquz yaşlı Sedanur Gözəlin itkin düşəndən yeddi gün sonra daşlarla örtülmüş meyiti tapılıb.

Üçüncü sinfində oxuyan S.Gözəlin həmkəndliləri 37 yaşlı Ertan Bozqurd, 34 yaşlı Əhməd Bilən və 47 yaşlı Himmət Uç onu təcavüzə məruz qoyub öldürmələri iddiası ilə tutulublar.

 

Məhkəmədə son sözləri soruşulan cinayətkarlar törətdiyi əməli qəbul etməyərək bəraət tələb ediblər.

Uşağın valideynləri cinayətkarlara ən ağır cəza verilməsini istəyib.

Məhkəmə qərarı ilə E.Bozqurd və Ə.Bilən hər ikisi 39 il müddətinə azadlıqdan məhrum edilib, H.Uç isə bəraət alaraq azadlığa çıxıb.

 

OXŞAR XƏBƏRLƏR

X Mostbet