Bürclər mayda nə vəd edir?

MARAQLI
07:41 01.05.2011
3860

Buğa
Bu bürc altında dünyaya gələnləri hər sahədə sakitlik gözləyir. Yaxşısı budur yay fəsli üçün enerji və pul toplayın – onalar sizə lazım olacaq! Ən əsası isə hər kəsə qarşı diqqətli olun, ətrafdakı insanların fikirlərini ciddiyə almayın, çünki sizə yanlış məsləhət verə bilərlər.

Əkizlər
Baharın son ayı Əkizlərə sürprizlər hazırlayıb. Qısa müddətdə çoxlu müsbət hadisələr baş verəcək. Gücünüz və səbriniz çatsa, yaya tamamilə yeni insan olaraq daxil olacaqsınız. Vaxt və enerjinizdən səmərəli istifadə edin, çünki hadisələrin çoxluğundan ayın sonu bir az ağır keçə bilər.

Xərçəng
Nəhayət, səmimilik və ürəkaçıqlığınızı xatırlamağın vaxtdır. Bu ay sizin həyatınızda çox vacib hadisə baş verəcək, onun müsbət və ya mənfi sonluqla bitəcəyi haqda siz qərar verəcəksiniz. Ola bilsin bu hadisə bütün gələcək həyatınızı tamamilə dəyişəcək.

Şir
Mayda siz iç dünyanızla mübarizə aparacaqsınız. Fikirlər, suallar biri-birini üstələyəcək. İndi elə bir məqamdır ki, siz emosiyalara qapılmalısınız, bütün düşüncələri kənara atın. Keçmişinizlə görüş ola bilər, unudulmuş hisslər yenidən alovlana bilər. Lakin qorxmağa əsas yoxdur, bu sizə yaxşı təsir edəcək.

Qız
Yazın sonunda lazımi planlar qurmağa başlamalısınız. Heç bir kiçik detalı nəzərdən qaçırmayın. Hərəkət və sözlərinizə diqqət yetirin, istəmədən kiminsə xətrinə dəyə bilərsiniz. İşinizə məsuliyyətlə yanaşın, onu itirmək ehtimalı ola bilər. Dedi-qodudan uzaq durun, sizi çıxılmaz vəziyyətə sala bilər.

Tərəzi
Şəxsi həyatınızda sakitlik olacaq. İşiniz əla gedəcək və böyük uğur qazanmaq şansınız var. Buna baxmayaraq, may sizin üçün çətinliklərlə doludur: iş yoldaşlarınız, ailə, dostlar sizdən diqqət tələb edəcək, çalışın onları məyus etməyəsiniz. Nəsə öyrənmək üçün yaxşı vaxtdır: məsələn, maşın sürmək.

Əqrəb
Yeni mənzil, yeni iş yeri arzu edənlər, nəhayət, istədiklərinə çatacaqlar. Bu, gözlənilmədən baş verəcək, inamınızı artıq itirdikdən sonra. Subay xanımları isə gözəl anlar gözləyir. Yaraşıqlı oğlanla tanış olacaqsınız və düzgün hərəkət etsəniz, münasibətləriniz uzunmüddətli və ciddi olacaq.

Oxatan
Bu dönəmdə davranışlarınıza diqqət yetirsəniz yaxşı olar. Sevgilinizi çox sıxmayın, imkan verin bir az dincəlsin, bu həm də sizin üçün faydalı olacaq. Yersiz qısqanclıq və düşünülməmiş cümlələr münasibətlərinizə son qoya bilər. Çalışın emosiyalara qapılmayasınız.

Oğlaq
Mayda siz hər kəsə söz vermək eşqinə düşəcəksiniz. Amma yadda saxlayın ki, sözə əməl etmək lazımdır, əks halda hörmətdən düşə bilərsiniz. Həmçinin suallara qısa və aydın cavab verməlisiniz. İkimənalı vəziyyətlərdən uzaq olmağa çalışın. Özünüzü kontrol edin, bu sizə işlərinizdə kömək edəcək.

Dolça
Çalışın pula qənaət edəsiniz, çünki yanlış insanlarla və səhvlərlə üzləşə bilərsiniz. Hər kəsə inanmayın. Şəxsi həyatınız əla gedəcək. Tək olanlar tezliklə yarısını tapacaq, sevgilisi olanlar isə daha xoşbəxt olacaqlar. Diqqətli olun ki, gözə gəlməyəsiniz, hər şey gözəl və romantik olacaq.

Balıqlar
Mayda sizi önəmli hadisələr gözləmir. Hər şey sakit və əla olacaq: asan, depressiyasız, dava-dalaşsız və sağlam. Ola bilsin bu, bəzi insanlar üçün darıxdırıcı olsun, amma indi sizə məhz belə şərait lazımdır ki, yaxşıca dincələsiniz. Hobbilərinizi yada salın, onsuz da bir ay vaxtınız var.

Qoç
Sizi maraqlı iş təklifləri gözləyir. Əgər sizə elə gəlsə ki, onların öhdəsindən gəlməyəcəksiniz, yenə də razılaşın, çünki bu sahədə olan biliyiniz və gücünüz layihəni reallaşdırmağa imkan verir. Şəxsi həyatda isə sizi bəzi çətinliklər gözləyir ki, bu da depressiyaya və ya stresə səbəb ola bilər.

 

OXŞAR XƏBƏRLƏR