Borclu ikən Vətən sənə, xalq sənə Hər şey döndu tərsinə. Bu torpaqdan verəmmədik Bir məzarlıq yer sənə. Zamana bax! Bu torpağı Bir “sağ ol”-a satana, Xəyanətin kölgəsində rahat-rahat yatana Bu milləti ölümlərlə imtahana çəkənə Məmləkəti başdan-başa talayana, sökənə Heykəllər ucaltmışıq. Özümüzü bəyənməyib “Beynəlmiləl” laylasına yatmışıq. Yatdığımız bəs etməzmi? Ayılaq bir, görək bir Xeyir nədir, şər nədir? Riyalara,boyalara yetmiş ildir uymuşuq. Gör kimin əvəzinə kimə heykəl qoymuşuq. Ancaq ana təbiətdə Bir əzəli qayda var: Bünövrəsi eşq olmayanın Tunc olsa da tez uçar. Heykəl-məzar! Biri- zora söykənibdir Biri-haqqa, şərəfə! Davamlıdır qəlbimizə köçüb gələn o məzar. Postamenti nifrət olan yüz heykəldən yüz dəfə! Bəxtiyar VAHABZADƏ