"Bəzilərini şou-biznesdən uzaqlaşdırmışam"

ŞOU-BİZNES
16:42 19.12.2010
1775

«Son günlər Azərbaycanı tərk etməyimlə bağlı xəbərlər dolaşır. Bu xəbərlər şayiədən başqa bir şey deyil. Hazırda mən İngiltərədəyəm. Bura adını açıqlamaq istəmədiyim məşhur ingilis müğənnisi ilə oxuyacağım duetlə bağlı gəlmişəm. Yerli şou-biznesdən uzaqlaşdırılmaq məsələmə gəlincə, inanmıram ki, kimsə mənə nəsə edə bilsin. İndiyə qədər mən bəzilərini şou-biznesdən uzaqlaşdırmışam. Çox müğənniləri məşhur eləmişəm. Londondan sonra Avropanın bir neçə möhtəşəm şəhərlərində olacam. Çünki bəzi sənətçilərin Avropa turnesini təşkil etmək istəyirəm», - deyə prodüser açıqlama verdi.

Sultan evlənir

Söhbət əsnasında şəxsi həyatı ilə bağlı danışan S.Mustafayev subaylığın daşını atdığını dilə gətirdi. Belə ki, o, bəyəndiyi bir xanıma elçi gedib, hərisini alıb: «Mən heç vaxt şəxsi həyatımı gündəmə gətirməmişəm. Amma nişanlanmaq xəbərimi ilk dəfə sizə danışıram. Deməli, bu yaxınlarda nənəmin 70 illik yubileyini qeyd edirdik. Məclisdə bizim çoxlu ailə dostlarımız toplaşmışdı. Nişanlım olacaq xanımı həmin məcilisdə gördüm və ona aşiq oldum. Gülnarə ilə demək olar ki, həmyaşıdıq. Yeri gəlmişkən o, stomatoloqdur", - deyə prodüser sevib-seçdiyi xanım haqqında da məlumat verdi.

Sultan bizə nişan və toy mərasiminin tarixini də açıqladı. Onun daha bir sürpriz xəbəri isə öz xeyir işinə Türkiyənin məşhur müğənni Yıldız Tilbeni dəvət etməsidir.

"Fevralın 11-i mənim doğum günümdür. İnşallah, gələn il fevralın 11-də Bakıda ad günümlə birgə, təntənəli nişan mərasimim də olacaq. Nişanıma Türkiyənin tanınmış sənətçisi Yıldız Tilbə təşrif buyuracaq. Deyim ki, bu sənətçi mənim ən yaxın dostlarımdan biridir. Mənim nişan mərasimini media mənsublarının işıqlandırmasına icazə verməyəcəyəm. Toyum isə 2011-ci ilin noyabr ayında olacaq, yəni belə planlaşdırmışıq», - deyə Sultan şəxsi planlarından danışdı./// milli.az

OXŞAR XƏBƏRLƏR