"Televiziyaları qınamaq lazım deyil. Onlar bizi göstərir, aydan, marsdan gələnəri yox ki?".
AZXEBER.COM xəbər verir ki, bunu Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu qonaq olduğu "Rəngarəng" verilişində deyib.
O, televiziyaları qınayanlara səslənib:
"Televiziya bizim güzgümüzdür, onu qınamaq lazım deyil. Onlar bizi göstərir, aydan, marsdan, amerikadan gələnəri yox ki? Biz güzgünü sındırıb lənətləməkdənsə, özümüzü düzəltməliyik. Özümüz yaxşı olsaq, aparıcı bizi necə pis təqdim edə bilər? Ona görə televiziyaların üzərinə çox getmək olmaz. Sabir (Mirzə Ələkbər sabir. red) demişkən, biz özümüz əyriyik, amma televiziyada görəndə inkar edirik ki, bu biz deyilik. İlk özümüzdən başlamalıyıq, kitab oxumalı, kamilləşməliyik".
Aysel