Babək prospektində qəza - Sıxlıq yarandı

Babək prospektində qəza - Sıxlıq yarandı
HADİSƏ
08:49 15.05.2025
342
Bakının Xətai rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Qeyd olunub ki, qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb.

Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.
OXŞAR XƏBƏRLƏR