Babək prospektində rəqabət güclənir: 'Kraysler' yeni ünvanda

MARAQLI
13:50 24.01.2013
3279

Babək prospektində avtomobil markalarının rəqabəti güclənir. 

Artıq bura paytaxtın avtomobil satışı və servisi üzrə“ixtisaslaşmış” ərazisinə çevrilib. Babək prospekti, 2269-cu məhəlləyə yeni köçən Chrysler salonunun direktoru ElnurHəziyev deyir ki, yeni ünvan məsuliyyətlərini artırıb.Çünki prospektdəki güclü rəqabət daha yüksək səviyyəli servis və çox sərfəli satış şərtləri tələb edir.

Satış salonu ilə servisi eyni ünvana gətirməklə Jeep, Dodge və Chrysler sahiblərinə rahatlıq yaradan mərkəz cəlbedici satış təklifləri də verir. Chrysler-in satış yenilikləri sırasında salon direktoru Dodge Journey alanlara 2 il pulsuz servis təklifini qeyd edib. Qiyməti 26900 manatdan başlayan 7 yerli ailə krossoveri üçün bu hədiyyə kifayət qədər qiymətlidir.

Yeni ünvanda Chrysler Mərkəzbütün həftə boyu açıqdır.

Amerika avtomobil sənayesinin əfsanələrini – Jeep, Dodge və Chrysler markalarını Azərbaycanda təqdimedən Mərkəz 2 ildən az bir müddətdə fəaliyyətdədir. Mərkəzin təqdim etdiyi bestseller modellər sırasında Jeep Grand Cherokee-ni, ailəsedanı Chrysler 200-ü, idman avtomobili Dodge Charger-I və offroder Jeep Wrangler-i qeyd etmək olar.

OXŞAR XƏBƏRLƏR