Babək prospektində zəncirvari qəza: Dörd avtomobil toqquşdu, yaralı var

Babək prospektində zəncirvari qəza: Dörd avtomobil toqquşdu, yaralı var
SOSİAL
19:22 04.01.2020
3778

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib. 

AZXEBER.COM-un oxu.az-a istinadən məlumatına görə, hadisə Nizami rayonu Babək prospektində qeydə alınıb. 

Dörd avtomobilin toqquşması zamanı 1992-ci il təvəllüdlü İsmayılov Nicat Rövşən oğlu xəsarət alıb. 

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.  

Ona qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi və qarnın küt travması diaqnozları qoyulub. 

OXŞAR XƏBƏRLƏR