23 yaşlı Anna-Linn hovuzun qırağında bacısı ilə birlikdə duraraq jurnalistlərə pozalar verib, spontan fotosessiya "yaradıb".
Tədbiri sevgilisi, "Alatoran" ("Twilight") vampir saqasının baş rollarından birini oynamış Kellan ilə birlikdə tərk edən aktrisanın fikrincə, onun çimərlik paltarındakı pozaları cəsarətli, ən başlıcası isə maraqlıdır.
"Mən başqaları kimiyəm - heç bir fərqim yoxdur. Bacımla qucaqlaşıb şəkil çəkdirməyimin də hansısa "uzaq perspektivli" məqsədləri yoxdur", - MakKord deyib.