Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni AÇIQLAMA - VİDEO

Bağçada azyaşlını döyən tərbiyəçinin işi ilə bağlı yeni AÇIQLAMA - VİDEO
SOSİAL
09:45 17.01.2022
391
"İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasında baş verən hadisə ilə əlaqədar toplanan ilkin materiallar rayon Polis Şöbəsinin istintaq bölməsinə verilib”.

Bunu AZXEBER.COM-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Mənsimov deyib.

O bildirib ki, bağçada çalışan digər şəxslər və orada təhsil alan digər uşaqların valideynlərinin izahatları alınır: "Hazırda araşdırma davam etdirilir”.

Qeyd edək ki, İsmayıllı şəhəri 1 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi - müəllimi olan 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışova üç yaşlı uşağı vurub. Bu barədə videogörüntülər sosial şəbəkələrdə paylaşılıb. Daha sonra Z.Baxışova təhqiqata cəlb edilib və o, işdən çıxarılıb.

OXŞAR XƏBƏRLƏR