“Bacı-qardaş kimi idik” - Ərindən xəbərsiz “xəstə”yə 58 min dollar verdi - VİDEO

KRİMİNAL
16:42 03.02.2018
12815

Bakıda qəribə hadisə yaşanıb.

ARB TV xəbər verir ki, Binəqədi rayon polis idarəsi 7-ci polis bölməsinə müraciət edən vətəndaş evindən 57 min 700 ABŞ dollarının oğurlanması barədə məlumat verib.

Araşdırmalar zamanı pulun ev sahibinin arvadı tərəfindən götürülməsi əsaslı şübhələr yaratdığından əməliyatçılar xanımla söhbət ediblər.

İlkin ifadəsində hadisədən xəbərsiz olduğunu bildirən qadın sonradan işin nə yerdə olduğunu deyib. Onun sözlərinə görə, alqı-satqı saytlarından birində əşya satmaq üçün elan yerləşdirib. Daha sonra elandakı nömrəyə tanımadığı şəxs yazmağa başlayıb və ağır xəstə olmasını bildirərək ondan yardım istəyib. Bu yolla həmin adam ötən ilin noyabr ayından bu ilin yanvar ayının sonuna qədər xanımdan külli miqdarda pul götürüb. Qadın pulları xəstə bildiyi 30 yaşlı Ramil Muradova ərindən xəbərsiz verdiyini deyib. Saxlanılan şəxs də törətdiyi əməli etiraf edib.

Ramil Muradov – Saxlanılan şəxs: "Dedim ki, qəza keçirtmişəm, ciyərlərimdə problem var. Qızıl idi, qolbağ idi. Birinci 200 manat, 200 dollar, sonra 3000, 5000, daha sonra da 6000 göndərib”.

Ramil Muradov aldığı pulun 57 min 700 dollar deyil, 35 min dollar olduğunu bildirib və vurğulayıb ki, qadının ona göstərdiyi "bacı” münasibətindən sui istifadə edib.

Ramil Muradov – Saxlanılan şəxs: "O insanla heç bir münasibət olmayıb. Bacı-qardaş kimi kömək edib. Dedim ki, xəstəyəm, vəziyyətim pisdi. Uşaq xəstə idi ona görə də ağız açmışam”.

Faktla əlaqədar Binəqədi rayon polis idarəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır.

OXŞAR XƏBƏRLƏR