Bacı və qardaş Xəzərdə boğuldu

Bacı və qardaş Xəzərdə boğuldu
SOSİAL
23:52 04.08.2018
15026

Bakının Xəzər rayonunda dənizdə iki nəfər batıb.

FHN-dən AZXEBER.COM-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə dənizdə nəzarətsiz ərazidə 2 nəfərin batması barədə məlumat daxil olub.

Xilasetmə qüvvələri 1997-ci il təvəllüdlü Mahmudova Gülnar Əvəz qızı və Əliyev Əliağa Əvəz oğlunun cəsədlərini taparaq sudan çıxarıb və aidiyyatı üzrə təhvil veriblər. 

Hadisə ilə bağlı araşdırma aparılır.

Batan şəxslərin bacı-qardaş olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR