18 yaşlıArzunun qardaşıOsmantərəfindən öldürüldüyü sübut olunub. Əslən yezidi kürdü olan Osmanla yanaşı, onun 4 qardaş-bacısı da müttəhimlər kürsüsündədir. 22 yaşlı Osman məhkəmədə verdiyi ifadəsində bildirib ki, bacısını qaçırıblar və mübahisə zamanı dava başlanıb, özünü saxlaya bilməyərək Arzunu qətlə yetirib. "Bəli, Arzunu mən öldürdüm", - Osman deyib. Onun sözlərinə görə, Arzunu, evdən qaçaraq yanına yollandığı sevgilisi Aleksander K.-nın mənzilindən 27 yaşlı bacısı Şirin və 25 yaşlı qardaşı Kirerlə çıxarıb. Daha doğrusu, qardaş-bacılar Arzunu mənzildən sürüyüb çıxarıblar. Şirin ifadəsində deyib: "Onu tənbeh edərək evə qaytarmaq niyyətindəydik. Lakin Osmanla Arzu arasında dava başladığını gördüm. Sonra isə Arzunu yerdə gördüm. Osmanın əlində nə isə vardı". Şirin bildirib ki, Arzu narkotik maddələr qəbul edir, spirtli içkilər içirmiş. Arzu 21 yaşlı Aleksanderlə çalışdığı konditer sexində tanış olubmuş. Arzunun anası, 50 yaşlı Adle və atası - 52 yaşlı Fendi isə qızları qətlə yetiriləndən sonra "Arzu yoxa çıxıb, qaçırılıb, itkin düşüb" deyiblər. Fendi də Arzunun qətli ilə bağlı şübhəli şəxs qismində tutulub. Məhkəmə prosesində 30 şahidin ifadəsi dinləniləcək. Hökmün mayın 16-da oxunması gözlənilir. (milli.az)