Bacısı Tahanın dağıntılar altından çıxan əşyalarını paylaşdı

Bacısı Tahanın dağıntılar altından çıxan əşyalarını paylaşdı
MAQAZİN
22:35 18.02.2023
439

Bacısı Semiha Duymaz 19 yaşındakı fenomen Taha Duymazın dağıntılar altından çıxarılan əşyalarını paylaşıb.

Kahramanmaraşda baş verən zəlzələdə Hatayda yaxınları ilə dağıntılar altında qalan Tahanın ötən gün cəsədi tapılıb.

Tahanın bacısı onun telefonunu paylaşaraq "Allahdan diləyirəm ki, heç kimə bu acını yaşatmasın" sözlərini yazıb.

O, eyni zamanda instaqram profilini bağlayacağını, ediləcək paylaşımların özü və ailəsinə aid olmayacağını deyib:

"İtkimiz böyükdür. Ailəm və mən bu ərəfədə yanımızda olan, olub da ola bilməyənlərə təşəkkür edirik. Allah bizə və sevənlərinə səbr versin".///axşam.az

OXŞAR XƏBƏRLƏR