BAKU AZƏRBAYCAN
10°C
euro 1.8477
dollar 1.7000
rubl 0.0227
lirə 0.2508

Bacısıgilə qonaq gedən tələbə qız faciəvi şəkildə öldü

Bacısıgilə qonaq gedən tələbə qız faciəvi şəkildə öldü
SOSİAL
12:39 06.12.2018
4304
Astarada 18 yaşlı tələbə dəm qazından zəhərlənərək vəfat edib.

 AZXEBER.COM-un qafqazinfo-ya istinadən məlumatına görə, 2000-ci il təvəllüdlü, Astara rayon sakini İbrahimzadə Leyla İlşat qızı hamamda çimərkən dəm qazından zəhərlənib. 

Belə ki, Lənkəran Dövlət Universitetinin tələbəsi olan L.İbrahimzadə ötən gün bacısı Roza İbrahimzadənin evinə gedib. Bu zaman bədbəxt hadisə baş verib.  

Rayon prokurorluğunun əməkdaşları tərəfindən əməliyyat-istintaq qrupunun üzvləri ilə birlikdə hadisə yerinə baxış keçirilib. Meyitin müayinə olunması üçün ekspertiza təyin edilib. 

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR