Gəncə Ağır Cinayətlər Məhkəməsində Tərtər sakini azyaşlı Ə.F-nin məhkəməsi başa çatıb.
AZXEBER.COM-un məlumatına görə, qəsdən adam öldürmədə təqsirli bilinən Ə.F 10 il müddətinə azadlıqdan məhrum edilib.İttihama görə, hadisə bu ilin iyulun 15-də baş verib. 17 yaşlı oğlan həmyerlisi 18 yaşlı Vasif Əliyevi bıçaqlayaraq qətlə yetirib.Zərərçəkən şəxs xəstəxanaya aparılsa da, orada vəfat edib.Azyaşlı könüllü olaraq polis şöbəsinə gəlib cinayət aləti olan bıçağı da təhvil verərək təslim olub.O, həmyerlisini bacısını narahat etdiyi üçün qətlə yetirdiyini bildirib.