Bakı Ağır Cinayətlər Məhkəməsində Maştağa qəsəbəsi sakini İlqar Quliyevin məhkəməsi başlayıb.
AZXEBER.COM-un məlumatına görə, qəsdən adam öldürmədə təqsirləndirilən İlqar Quliyevin məhkəmə prosesinə hakim Cavid Hüseynov sədrlik edir.İttihama görə, hadisədən bir neçə gün əvvəl İlqarın bacısı körpə uşağını götürərək ər evindən qaçıb. Bacısının başına gələnlərdə yeznəsini günahkar bilən İlqar onu öldürmək üçün avqustun 16-da Maştağa qəsəbəsində yaşadığı evə gedib. Yeznəsinin evində qarşısına onun atası 57 yaşlı Nazim Məlikov çıxıb. İlqar da bacısının qayınatasını kürək nahiyəsindən bıçaqla vuraraq qətlə yetirib.