İraqın paytaxtı Bağdadda "küçəyə çıxmaq qadağası" aradan qaldırılıb.
Trend-in cümə axşamı "Yeni Şəfəq" qəzetinə istinadən verdiyi məlumata görə, 2007-ci ildə tətbiq edilmiş qadağaya əsasən, Bağdad sakinləri gecə saat 24:00-dan sonra küçəyə çıxa bilməzdilər.
Qadağa həmin dövrdə Baş nazir işləmiş Nuri əl-Malikini göstərişi ilə başladılmışdı.