Bağdadda dəhşət: - 24 zəvvar öldü

DÜNYA
11:49 23.05.2014
1519
Ölənlər arasında 14 yaşadək 7 uşaq və yeniyetmə var.
Bağdadda törədilmiş 3 partlayış nəticəsində azı 24 zəvvar ölüb, 50-dən çoxu yaralanıb.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, ölənlər arasında 14 yaşadək 7 uşaq və yeniyetmə var.
İlk partlayışın hədəfi şəhərin Mənsur rayonunda yolun kənarı boyu hərəkət edən zəvvarlar olub. İkinci partlayış şəhərin mərkəzində - Bab əl Şərci rayonunda törədilib.
Bundan başqa, şəhərin şərqindəki Ürrə rayonunda avtomobil partladılıb.
OXŞAR XƏBƏRLƏR