Bağdadda hava limanında son 2 gündə 2 yanğın baş verib

Bağdadda hava limanında son 2 gündə 2 yanğın baş verib
DÜNYA
12:39 17.11.2022
150
İraqın paytaxtı Bağdadın Beynəlxalq Hava Limanında son 48 saat ərzində ikinci yanğın baş verib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hava limanından verilən açıqlamada yanğının nəzarət altına alındığı və maddi ziyanın olduğu bildirilib. Yanğının səbəblərini öyrənmək üçün araşdırmalara başlanıldığı, uçuşlarda heç bir gecikmə olmadığı bildirilib.

İraq Mülki Müdafiə Baş İdarəsindən verilən yazılı açıqlamada yanğının sərnişin salonunda başladığı və 15 yanğınsöndürən maşının yanğına müdaxilə etdiyi vurğulanıb.
 
Ötən çərşənbə axşamı Bağdad Beynəlxalq Hava Limanında beynəlxalq gediş terminalında yanğın baş verib, yanğının terminaldakı yeməkxanada başladığı və nəzarət altına alındığı bildirilib.

Tüstüdən zərər çəkən 3 mülki müdafiə əməkdaşının da xəstəxanaya yerləşdirildiyi bildirilib.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR