“Badam" klinikasından “Ahıllar günü”nə özəl kampaniya

İQTİSADİYYAT
13:27 03.10.2024
322
Paytaxtda yerləşən "Badam Medical Center” 1 oktyabr "Beynəlxalq ahıllar günü” münasibəti ilə yetmiş yaşdan yuxarı insanlar üçün ödənişsiz göz müayinələri kampaniyasına start verib.
 
AZXEBER.COM xəbər verir ki, oktyabr ayının 1-i tarixindən başlayan aksiya ayın 12-dək davam edəcək. Bu barədə "Azxeber.com”-a klinikadan məlumat verilib. Məlumatda bildirilir ki, göz müayinələri klinikada çalışan tanınmış oftalmoloq -cərrahlar tərəfindən aparılacaq.
 
Kampaniyada yaşı 70-dən yuxarı olan bütün ölkə vətəndaşları iştirak edə bilər. Qəbula yazılmaq üçün 0506006699 nömrəsi ilə əlaqə saxlamaq kifayətdir.

OXŞAR XƏBƏRLƏR