Badamdar qəsəbəsinin bir hissəsində qaz təchizatı dayandırılıb

Badamdar qəsəbəsinin bir hissəsində qaz təchizatı dayandırılıb
SOSİAL
17:27 06.03.2025
203
Bakının Səbail rayonunda yeraltı orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi məqsədilə bu gün saat 13:30-dan etibarən qaz təchizatı dayandırılıb.

Bu barədə AZXEBER.COM-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, hazırda təmir-bərpa işləri aparılır.

Səbail rayonunun Badamdar qəsəbəsinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.
OXŞAR XƏBƏRLƏR