Sürücülərin əksəriyyəti isə bundan xəbərsiz olduqları üçün yolun bağlı olduğunu görüb geri qayıdırdılar.
Hadisə ilə bağlı sakinlər də yaranmış vəziyyətdən narahatdılar.
Avtomobil Yolları Dövlət Agentliyindən bildirildi ki, yamacın yuxarı hissəsində baş verə biləcək torpaq sürüşməsi təhlükəsi ilə bağlı aidiyyəti qurum tərəfindən Avtomobil Yolları Dövlət Agentliyinə müraciət daxil olub.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, aprelin 5-i səhər saatlarında nazir Kəmaləddin Heydərov əraziyə gələrək vəziyyətlə yerində tanış olub və aidiyyəti üzrə tapşırıqlar verib.
/Xəzər TV











































