"Bagira seksdən ölməyib, o yaşayır"

"Bagira seksdən ölməyib, o yaşayır"
ŞOU-BİZNES
14:32 13.09.2011
14559
Müğənni Bagira “QİÇS” xəstəliyinə yoluxması barədə xəbərləri öz rəfiqəsi vasitəsi ilə təkzib edib və bu xəbərin yayılmasında keçmiş mətbuat katibi Mikayıl Hüseynovu səbəbkar görüb. Bagiranın rəfiqəsi Aynişan keçmiş mətbuat katibinə zəng vurduraraq onu günahlandırıb: “Bagira “QİÇS” xəstəsi deyil. Biz bilirik ki, mətbuata xəbərləri sən ötürürsən. Bu nə xəbərdir, guya ki, o ölüb! Bagiranın bu dəqiqə başı öz ailəsinə qarışıb. Bizə sataşma, yoxsa səni məhkəməyə verəcəyik”.Mikayıl Hüseynov Lent.az-a açıqlamasında xəbərə münasibət bildirib: “Bundan sonra onun haqqında nə xəbər yayılacaq mənə zəng edəcək? Bir səhv edib vaxtında mətbuat katibi olmamışam ki? Bu dəqiqə mənim Bagira yadıma düşür?! Bir də ki, yaşayırsa Allah can cağlığı versin, ölübsə Allah rəhmət eləsin!”
OXŞAR XƏBƏRLƏR