“Bahalı qatar, məcburi yemək…Bu, ictimai nəqliyyatdır yoxsa turpaket?” – Ekspertdən ADY-yə sərt tənqid

“Bahalı qatar, məcburi yemək…Bu, ictimai nəqliyyatdır yoxsa turpaket?” – Ekspertdən ADY-yə sərt tənqid
SOSİAL
14:57 20.06.2025
4727
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Azərbaycan Dəmiryolları” QSC-nın son qiymət siyasətini tənqid edib.
 
AZXEBER.COM O.Gündüzün mövqeyini təqdim edir:

ADY qatarla sərnişindaşımada qiymətlərin yüksək olmasına aydınlıq gətirib. Belə anladım ki, bizim tərəfimizdən "qatar bileti 150 manatdır” açıqlamasına aydınlıq gətirmək istəyib. Əslində qurumun mövcud vəziyyəti izah edən açıqlaması çox faydalıdır və təqdirəlayiqdir.

Sadəcə, bunu öncədən etmək, yalnız nəzəri cəhətdən mövcud olan ən ucuz qiyməti deyil, bütün qiymətləri açıqlayıb, normal kommunikasiya qurulsaydı, bəlkə də bu tip açıqlamalara ehtiyac qalmazdı.

ADY açıqlamasında qiymətlərin yüksək olmasını "dinamik”, "komfort”, "VIP zal”, "dünya təcrübəsi”, "endirim” müddəaları ilə izah etməyə çalışıb. Qurum yüksək qiymətlərə aydınlıq gətirən açıqlamasında Avropa, Rusiya, Belarus təcrübəsinə istinad edib. Dərhal xatırlatmaq istərdim ki, həmin ölkələrin təcrübəsində qatara biletin qiymətini artırmaq üçün zorla yemək paketi təqdim etmək deyə absurd bir şey nəzərdə tutulmur. Yerli vətəndaşlar üçün bunun zorla, seçim olmadan verilməsini yalnız qiymət artımına şərait yaratmaq kimi dəyərləndirmək olardı. Turistlər üçün seçimsiz olaraq belə bir imkanı vermək bəlkə də ağlabatan olardı. Eyni zamanda orta əmək haqlarının yüksək olduğu Avropa ilə müqayisənin mahiyyətini də anlaya bilmədim.

Qatarla sərnişindaşıma gündəlik istifadə olunan ictimai bir minik növüdür. Onu "komfort”, elit bir formaya salmaqla süni qiymət artımı yaratmaq doğru bir hal deyil. Niyə qatarla sərnişindaşımaq kimi ictimai nəqliyyat vasitəsi bahalı turizm xidmətinə çevrilməlidir. Burada "30 gün əvvəl al ucuz olsun” demək ağlabatan bir məntiq deyil.

Xatırladıram ki, mövcud qiymətlər əvvəlkilərdən 2-3-4 dəfə yüksəkdir. Əvvəllər Balakənə SV (biznes) 22.5 manat olub. İndi 88 manatdır. Əvvəllər kupe (Standart+) 13 manat olub, hazırda 33 manatdır, plaskart(Standart) 10 manat olub hazırda 20 manatdan çoxdur. ADY fərqində olmalıdır ki, 150 manata gündəlik sərnişindaşımaya qiymət müəyyənləşməsi, SV-nin 4 dəfə bahalaşdırılması, gündəlik ehtiyac üçün qatardan istifadə edən insan üçün 30-40-50 manta adi kupeyə bilet təklif etmək heç bir halda normal deyil.

Yeri gəlmişkən, mən bir neçə dəfə monitorinq etdim, Bakı-Balakən qatarının doluluq səviyyəsi heç 50%-ə çatmadı. Bu , məhz qiymətlərin baha olması ilə birbaşa bağlıdır. Əgər ADY -də doluluqla bağlı ayrı rəqəmlər varsa, buyursun ağlabatan formada açıqlasın.

Bir daha vurğulamaq istərdim. 5-6 il fəaliyyəti dayanan ölkədaxili qatarların fəaliyyətinin bərpa edilməsi istiqamətində ADY-nin səyləri nə qədər təqdirəlayiqdirsə, təklif olunan qiymətlər bir qədər məqbul deyil. ADY-nin sosial funksiyasının bərpa edilməsi, məcburi xidmətlərin ləğv olunması, bilet qiymətlərinin də əlçatan edilməsi doğru olardı. Anlayıram ki ADY əsas pulu yük daşımadan qazanır. Ondan qazandığı ilə İNSANLARI daşımağı qaydaya salmaq istəyir. Təbii ki bu sahə də rentabelli deyil.

Amma bu o demək deyil ki, rentabelli etmək üçün mütləq qiymətlər yüksək olmalıdr. Əminəm ki bunun daha ağlabatan yollarını da bilməmiş deyillər. Ümid edirəm, ADY, AZCON , hökumət dəmiryolu ilə sərnişindaşımada daha əlçatan qiymətlər üçün birgə səy göstərəcəklər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq