Dünya şöhrətli qəssab, aşpaz Nüsrət Londondakı restoranında qiymətlərin baha olması ilə bağlı tənqidlərdən sonra qiymətləri endirib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Nusret menyuya iş günləri saat 12:00-17:00 arası adambaşına 39 funt sterlinq dəyərində nahar menyusu əlavə edib.
Qeyd edək ki, məşhur aşpaz Londondakı Steakhouse-da 1450 funt-sterlinqə qədər ət satırdı, bəzi hesablar isə 37.000 funt-sterlinqdən yuxarı idi.
Lakin bu yüksək qiymətlər müştərilərin əks reaksiyasına tuş gəlib və bir çox insan Nusrətin insanları ələ saldığını bildirib.
Qeyd edək ki, Nusretin restoranı bahalı qiymətlərə görə tənqidlərdən sonra Londonun ən pis reytinqli yerləri sırasındadır və paytaxtdakı 23811 restorandan 20491-ci sıraya düşməsinə səbəb olub.
Mikayıl