Bahar Muradova deputatlar üçün 3 otaqlı ofis, nəqliyyat vasitələri istədi

SİYASƏT
14:56 14.11.2013
1803
Vitse spiker yerlərdə millət vəkillərinin köməkçilərinin piyada getməli olduqlarını deyib
"Millət vəkilləri üçün yerlərdə qəraragahlar və ofislər tikilməlidir". Bunu Milli Məclisin vitse spikeri Bahar Muradova deyib. Vitse spiker hər bir deputat üçün dairələrədə 2-3 otaqlı ofislərin tikilməsini təklif edib: "İşləmək üçün onlara yerlərdə qərargahlar tikilməlidir. Deputatın yerlərdə ofisi olmalıdır. Bu gün rayonlarda inkişaf var. Bunu həyata keçirmək olar. İcra orqanları deputatları xidməti telefonla təmin etməlidir".Bahar Muradova yerlərdə millət vəkillərinin nəqliyyat vasitələrinin olmadığını və onların köməkçilərinin piyada getməli olduqlarını da söyləyib. "İcra orqanlarının xoşuna gəlsə də, gəlməsə deyəcəm ki, yerlərdə deputatlar nəqliyyat vasitəsiz qalırlar. Deyirlər ki,millət vəkillərinin bir çox imkanları var özləri öz problemlərini həll etsinlər. Millət vəkilinin nəqliyyat vasitəsi yoxdur. Onun sürücüsü var. Bizim sürücülərimiz təkcə maaş alır. Ezamiyyət xərcləri də var. Azərbaycan hökuməti, Maliyyə Nazirliyini qarşıdakı illərdə bu problemləri həll etməkdə kömək etməyə çağırıram”.Bahar Muradova səsləndirdiyi təkliflərin öz təşəbbüsü olduğunu qeyd edib.(ANSPRESS)

OXŞAR XƏBƏRLƏR