Bahçelidən sərt sözlər: "Zelenski türk milləti və dövlətinə hörmət etməlidir"

Bahçelidən sərt sözlər: "Zelenski türk milləti və dövlətinə hörmət etməlidir"
DÜNYA
21:52 02.05.2022
5066
MHP sədri Dövlət Baxçalı Ukrayna prezidenti Volodimir Zelenskinin Türkiyə ilə bağlı tənqidinə cavab verib.

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı Ukrayna prezidenti Volodimir Zelenskiyə cavab verib.

Ukrayna prezidenti Volodimir Zelenskinin Yunanıstan mətbuatına verdiyi açıqlama ilə bağlı MHP sədri Dövlət Baxçalı bildirib ki, Zelenskinin Yunanıstana yox, türk millətinə güvənməsi daha yaxşı olardı:

"Ukrayna-Rusiya müharibəsində dünya ölkələrinin rəftarlarını nəzərə alanda Zelenskinin türk milləti və dövlətinə çox hörmətli rəftar göstərməsi lazımdır. Qərbin təxribatları və bəzi dövlətlərin müharibəni daimi etmək cəhdləri ilə danışmaq düzgün deyil. Bu gün Rusiya-Ukrayna müharibəsini İstanbul sülh layihəsi ilə dayandırmağa çalışan tək ölkə Türkiyədir və bu mövzuda prezidentimiz 40-dan çox dövlət başçısı ilə danışıqlarını davam etdirir. Tez bir zamanda prezidentimizin buna nail olacağına da inanıram. Zelenski Yunanıstana deyil, türk millətinə güvənsəydi, daha yaxşı olardı".

Ayşən
OXŞAR XƏBƏRLƏR