Bahəddin Həzi Cavanşir Feyziyevə görə Mətbuat Şurasından istefa verdi

Bahəddin Həzi Cavanşir Feyziyevə görə Mətbuat Şurasından istefa verdi
MEDIA
15:24 06.02.2022
1268
Tanınmış jurnalist, "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həzi Mətbuat Şurasının idarə heyəti üzvlüyündən istefa verib.

AZXEBER.COM baş redaktorun məsələ ilə bağlı açıqlamasını təqdim edir: 

"Azərbaycan Mətbuat Şurasının sədri, cənab Əflatun Amaşova

2018-ci il martın 10-da Azərbaycan Jurnalistlərinin VII qurultayında gözləmədiyim halda Mətbuat Şurasının İdarə Heyətinə üzv seçildim. "Gözləmədiyim halda" ifadəsini ona görə işlədirəm ki, ərkim çatan redaksiyalara mənim namizədliyimi irəli sürməməyi xahiş etmişdim. Ancaq buna baxmayaraq, namizədliyimi vermişdilər. O zamandan keçən dörd ilə yaxın müddətin yarısı pandemiya dövrünə düşdü. Normal vaxtlarda isə medianın, jurnalistlərin hüquqlarını və qanuni mənafelərini qorumaq üçün əlimdən gələni etmişəm. Daha çox iş görə bilərdim. Obyektiv və subyektiv səbəblərdən buna imkanım olmadı. 

Ancaq qərara gəlmişəm ki, Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyündən istefa verəm. Buna səbəb fevralın 5-də Milli Məclisin deputatı Cavanşir Feyziyevin feysbuk sosial şəbəkə platformasındakı özünə məxsus səhifəsində Azərbaycan jurnalistlərinin, o cümlədən, mənim haqqımda böhtan və təhqir dolu status paylaşması, mən də daxil olmaqla xeyli sayda jurnalisti təhqir etməsi və bir sıra ağır cinayətlərdə ittiham etməsi olub. 

Eyni zamanda Cavanşir Feyziyev də Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. Belə bir adamla eyni qurumda təmsil olunmaq istəmirəm. Buna görə də Azərbaycan Mətbuat Şurasın İdarə Heyətində fəaliyyətimi dayandıraraq üzvlükdən çıxdığımı bəyan edirəm.

Fəaliyyətim dövründə Azərbaycan mediasının müdafiəsi və inkişafı üçün edə bilmədiklərimə görə jurnalist həmkarlarımdan üzr istəyirəm. Mətbuat Şurasında təmsil olunan həmkarlarıma isə uğurlar arzulayıram!

Həftənin birinci günü bu ərizə Mətbuat Şurasına göndəriləcək. Ancaq mən eyni zamanda Cavanşir Feyziyevin Mətbuat Şurası İdarə Heyətində qalıb-qalmaması məsələsi müzakirəyə çıxarılmalıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
01:48 18.10.2026
Zelenski ona qarşı çevriliş etmək istəyir - Dudçak
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
01:38 18.10.2026
İlon Mask övladının anasına etdiyi aylıq ödənişi kəskin azaltdı
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
01:28 18.10.2026
Quran-i Kərimdə bolluq rəmzi sayılan "bərəkət bitkisi": Əkildiyi torpaqda məhsuldarlığı ikiqat artırır
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
01:16 18.10.2026
Fransada iğtişaşlar zamanı meriyanın tarixi zəng qülləsi uçub
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
01:06 18.10.2026
Yaşamaq üçün dünyanın ən yaxşı yerləri açıqlandı - Siyahı
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
00:56 18.10.2026
Nobel mükafatı qazanan kəşf - qocalmanı 3 günə dayandırır?
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
00:49 18.10.2026
"Uzak şehir"in aktrisası onunla eşq yaşayır
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
00:40 18.10.2026
ABŞ və İsrailin İrana hücumu zamanı təxminən 5 min nəfər ölüb
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
00:33 18.10.2026
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1500 hərbçi göndərəcək
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
00:27 18.10.2026
"Qarabağ" – "Neftçi" oyunu ilə bağlı azarkeşlər arasında insidentə cəhd göstərən 19 nəfər saxlanılıb
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
00:23 18.10.2026
Sudakı mikroplastiklərdən azad olmağın sadə yolu tapıldı
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
00:16 18.10.2026
117 yaşlı qadının pensiyası kəsildi - Ölmədiyini sübut etməli oldu
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
00:08 18.10.2026
2027-ci ildə bu bürclərin həyatında yeni səhifə açıla bilər
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
00:01 18.10.2026
Xudafərin körpüsünün işğaldan azad olunmasından altı il ötür
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
00:00 18.10.2026
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir
23:57 17.10.2026
Albaniyada etiraz aksiyaları beşinci gündür davam edir