Bakı “avtoş”ları "qan edir" - VİDEO

Bakı “avtoş”ları "qan edir" - VİDEO
MARAQLI
08:48 13.07.2011
3375

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Trend -ə bildirib ki, reydlər zamanı 6 avtoxuliqan qaçmağa müvəffəq olub və onların tutulması üçün tədbirlər görülüb.

Onun sözlərinə görə, son 5 gündə avtoxuliqanlıq edən sürücülər tərəfindən 8 yol qəzası qeydə alınıb.

Vaqif Əsədov bildirib ki, Yasamal rayonu, 5 mərtəbə dairəsi adlanan ərazidə yaşayan sakinlər İdarəyə müraciət edərək gecə saatlarında bu ərazidə avtoxuliqanlar tərəfindən rahatlıqlarının pozulması ilə əlaqədar şikayət ediblər.

Onların müraciəti əsasında Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları, Yasamal rayon Polis İdarəsinin və yol polisi şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə xüsusi qrup yaradılıb.

Vaqif Əsədov deyib ki, qrup tərəfindən aparılan müşahidələr zamanı gizli foto və video çəkliş əsasında avtoxuliqanlıq edənlər müəyyənləşdirlib, onların saxlanılması üçün reydlər keçirilib.

Bu şəxslərin insanların həyat və sağlamlığı üçün real təhlükə yaratdığını deyən Əsədov avtoxuliqanlarla mübarizədə qanunun imkan verdiyi bütün tədbirlərin görüləcəyini vurğulayıb.

İdarə sözçüsü deyib ki, avtoxuliqanlara azarkeşlik edənlər müəyyən ərazilərdə polis nəzarətinin az olduğu saatlarda “avtoş”lara xəbər verməklə onlara kömək edirlər.

“Bu şəxslər yol polisinin avtoxuliqanlarla mübarizəsində ciddi maneələr yaradırlar. Aparılan reydlər zamanı bu şəxslər də aşkar edilərək barələrində tədbir görülür. Vətəndaşlardan avtoxuliqanlarla mübarizədə yol polisinə kömək etmələrini xahiş edirik”, - Əsədov deyib.

İnzibati Xətalar Məcəlləsinin 296-1-ci maddəsinin tələbinə görə, avtoxuliqanlıq edən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla dörd yüz manatdan altı yüz manatadək miqdarda cərimə edilir. Yaxud nəqliyyat vasitələrini idarəetmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla on günədək inzibati həbs tətbiq olunur.

Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla altı yüz manatdan səkkiz yüz manatadək miqdarda cərimə edilir. Yaxud nəqliyyat vasitələrini idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla on beş günədək inzibati həbs tətbiq olunur.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
09:50 18.10.2026
Rusiya qüvvələri Sumı vilayətinə zərbə endirdi: ölənlər var
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
09:44 18.10.2026
Fransada etirazlar şiddətləndi: 150 polis yaralandı, 1200 nəfər saxlanıldı
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
09:29 18.10.2026
Kürdəmirdə qatar 50 yaşlı kişini vuraraq öldürüb
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
09:16 18.10.2026
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
09:08 18.10.2026
Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
09:03 18.10.2026
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
08:55 18.10.2026
Vens Fransadakı iğtişaşlara görə liberalları ittiham edib
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
08:49 18.10.2026
Səudiyyə Ərəbistanında hərbi helikopter qəzaya uğrayıb, iki nəfər ölüb
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
08:36 18.10.2026
Moskvaya kütləvi dron hücumu: 195 PUA-nın vurulub
Kollecdə faciə: Ölən və yaralananlar var
08:30 18.10.2026
Kollecdə faciə: Ölən və yaralananlar var
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
08:23 18.10.2026
Mehriban Əliyeva: Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi, ölkəmizdəki sülh və əmin-amanlıq əbədi olsun
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
08:16 18.10.2026
ABŞ-də avtomobil futbol meydançasına girdi: Uşaq da daxil olmaqla 2 nəfər öldü
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
08:09 18.10.2026
ABŞ Ukraynanın “Starshield” sisteminə çıxışını dayandırıb
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
08:00 18.10.2026
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
07:50 18.10.2026
ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb
07:23 18.10.2026
Nyu-York metrosunda 30 yaşlı kişi güllələnərək öldürülüb